Ru
14:19 / 31 May 2025

Hakimiyyət uğrunda mübarizədə əsas hədəf

Hakimiyyət uğrunda mübarizədə əsas hədəf
Eye

Polisə qarşı qarayaxma kampaniyası təsadüflərdən yaranmır, arxasında duran səbəblər çoxşaxəlidir. Bu kampaniyaların əsas məqsədi təkcə hüquq-mühafizə orqanlarını gözdən salmaq yox, həm də polisin legitim gücünü, ictimai nizamın dayaqlarını zəiflətməyə yönəlib. Bu, faktdır və heç kim inkar edə bilməz.

İctimai təhlükəsizliyə cavabdeh olan polisə məqsədli informasiya hücumları daxili və xarici antiinstitusional qruplar tərəfindən planlı şəkildə həyata keçirilir. Bu, ictimai rəyi çaşdırmaq və polis orqanlarını “legitim güc yox, qorxu vasitəsi” kimi təqdim etməkdir. Belə hücumlar, xüsusilə narkotik, vətəndaş-polis, vətəndaşla təmas kimi həssas mövzularda aparılır.

Prosesi o həddə çatdırırlar ki, sosial şəbəkələrdə manipulyasiya və emosional yönləndirmə ilə tək bir hadisənin videokadrı kontekstdən çıxarılaraq təqdim olunur və bu, ümumi sistemə aid edilir.
Reytinq, klik və populizm dalğasında bəziləri emosional ifadə, jarqon və yalan məlumatlarla dolu paylaşımlarla polisə qarşı aqressiyanı təşviq edirlər. Sanki “hesablaşma vasitəsi” formasında açıq mübarizə apara bilmədikləri üçün hədəf kimi polisi seçirlər. Onların arqumentində “polis güc vasitəsidir, xalqdan yox, hakimiyyətdən yanadır” tezisi tez-tez təkrarlanır.

Tək-tək vətəndaşlar arasında bəzən polisə qarşı yaranan narazılıq (cərimə, araşdırma, məhdudiyyət və s. səbəbindən) şəxsi emosiyalar, vətəndaşın davranış və hərəkətləri ilə bağlı olsa da, bu narazılığı tez bir zamanda ümumi kampaniya kimi təqdim olunur. “Mənə belə oldu” arqumenti ilə başlayan şəxsi şikayətlər kütləvi etimadın zədələnməsi üçün materiala çevrilir.

Heç kimə sirr deyil ki, xarici təzyiqlər və beynəlxalq rəyin manipulyasiyasında əsas aktor kimi də hədəfə polis çevrilir. Bu da ölkəyə qarşı yönələn təhdidlərin, çağırışların, xaricdən müdaxilə cəhdlərinin tərkib hissəsidir.

Trend olaraq polisə qarşı məqsədli, davamlı və emosional yönümlü informasiya hücumları konkret əməkdaşın fəaliyyəti ətrafında formalaşmır, daha dərinə - dövlətin hüquq və ictimai təhlükəsizlik dayaqlarına qarşı inamsızlıq yaratmağa yönəlir.

Mənbə: Qafqazinfo

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar