Ru
09:33 / 17 Mart 2023

Həbsdə olan əmisi oğluna toyuğun içində narkotik keçirmək istədi

2293
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixatrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Bakupost.az -a verilən xəbərə görə, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmiş şəxsin əmisi oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,320 qram olan psixatrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər