Ru
13:12 / 27 Noyabr 2026

Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır

Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
Eye

Torpaq sahəsinin planı və ölçüsü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sayılacaq.


"Bakupost" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, qanun layihəsi “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.

“Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edilib. Bu proses 2006-cı il iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə Komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin planı və ölçüsü sənədi (plan-ölçü) verilməyə başlanılıb.

Nəticədə vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr əvəzinə yalnız texniki xarakterli plan-ölçü sənədi verilib.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmayıb. Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-2015-ci illərdə plan-ölçü sənədi tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə də mövcud olub.

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək olan dövrdə vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Şərhlər
  • B.Kolxozdar

    Heç bir canlı, eləcə də şüurlu və Konstitusion hüquqi Vətəndaş və Dövlət üçün *biriləri varmış, Biri yoxmuş* önlüyünü nağıl ifadə gerçək görünmür? Hər inzibati Rayon İHləri, bələdiyyələri və qeydiyyat arxivləri rəsmən 1992ci ildən sadəcə sovetlərin fəaliyyətində deyil, artıq təkrarən müstəqil Azərbaycan dövlətinin məsul tərkib hissəsi olmaq təbii ki, nağıl deyilmiş? Ev, mənzil hansı əmlaka-mülkiyyətə aiddir-daşınmaz? Bir zamanlar Moskvada Hotel qurmaq istəyən Cənab D.Tamp demişkən_*Özülü qoyulmuş, pərçimlənmiş yer-torpaq mənə aid deyilsə, üzərində əmlak necə mənim mülkiyyətim ola bilər?* Ən dürüst hüquqi münasibət Kirayənişin, ya icarədar kimiymiş? Bəs, əraziyə-yer parçasına, torpağa məsullar haradaymışlar? Nədən, münasib kommunal hazırlıqlı imkanlı planlı ərazilər, standart bölgü və layihələr təklif edilməyib və məncə, bu gün də soröuya təqdim edilmir? Avropaya qaz layihələri çəkən ölkəmiz özünə mükəmməl bir ev-mülk belə planlaşdıra bilmirmi? Dövlətin məhəlləyə, bələdiyyəyə yetəri maliyyəsi çatmırsa, nə zaman yetəcək? Ümumən ölkə üçün eyni-oxşar tip satandart məhəllə, massiv, müxtəlif təyinatlı, ölçülü quruluşlar dövlətə heç də baha yox, sadəcə bircə tip nümunə üçün layihə-xərc olacaqdı? Bu milyonlarla ölkə ailələri üçün asandan da asan normal-texniki-kommunal yaşam xidməti olardı?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar