Hindistanın Maharaştra əyalətində hindular azan səsindən şikayətçi olub.
Buna görə 900-dən çox məsciddə azan səsinin kəsilməsi qərarı alınıb.
Bakupost.az xəbər verir ki, qərara etiraz edən Mumbaidəki müsəlmanlar küçələrdə azan oxumağa başlayıblar.
Daha öncə də Karnataka əyalətinin məktəblərində hicab geyimi qadağan olunub, əyalət daxili mübahisələr və etiraz aksiyaları keçirilib.
Qeyd edək ki, Hindistanda 200 milyon, Maharaştra əyalətində isə 10 milyon müsəlman yaşayır.
Aynur
BakuPost