Ru
16:22 / 28 Oktyabr 2024

Hindistanlı milyonçu sərvətini itinə vəsiyyət etdi

Hindistanlı milyonçu sərvətini itinə vəsiyyət etdi
Eye

Hindistanlı iş adamı Ratan Tata 86 yaşında Mumbayda vəfat edib.

Bakupost.3az xəbər verir ki, ölümündən sonra məlum olub ki, o, sərvətinin böyük hissəsini - 100 milyon dollardan çoxunu Tito adlı sevimli itinə, baş köməkçisi Konar Subbiaha və aşpaz Rajan Şouya miras qpyub. Titonun qardaş və bacılarına əmlakının yalnız bir hissəsini qalacaq.

Vəsiyyətnamədə həmçinin bildirilir ki, Titonun itinə “qeyri-məhdud qayğı” göstərilməlidir.

Ratan Tata karyerasına 1967-ci ildə indi Tata kimi tanınan TISCO ailə biznesində başlayıb. 1991-ci ildən Ratan Tata bisnez imperiyasını idarə etməyə başlayıb. İllər keçdikcə duz və polad istehsalı ilə məşğul olan müəssisə 100-dən çox şirkəti birləşdirən qrupa çevrilib.

Milyonçu həyatı boyu heyvanlara olan sevgisi ilə tanınıb. O, evli deyildi və övladı yox idi.




Zaur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar