Ru
12:02 / 15 Noyabr 2024

İlin sonuna qədər sülh müqaviləsi imzalanacaq? - Nazirdən açıqlama

İlin sonuna qədər sülh müqaviləsi imzalanacaq? - Nazirdən açıqlama
Eye

Xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına münasibət bildirib.

Bakupost.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, danışıqlar prosesinin iki komponenti var:

“Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil.

Dekabr, ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar