Ru
11:25 / 17 Mart 2023

“İmtahan zalına bıçaq, qumbara keçirmək istəyənlər olub” - DİM sədri

13256
“İmtahan zalına müxtəlif əşyalar, o cümlədən, bıçaq, qumbara keçirmək istəyənlər olub”.

Bakupost.az xəbər verir ki, bu barədə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

“Biz heç vaxt bunu şişirtməmişik. Hüquq-mühafizə orqanlarına müraciət olunur və belə hallarla bağlı onlar tədbir görürlər. Təəssüf ki, bəzən belə hallar olanda insanlar sosial şəbəkələrdə qaydaları pozanlara qarşı fərqli münasibət göstərirlər. Deyirlər ki, nə olsun ki, öz yerinə qardaşını göndərib və ya nə olsun ki, onda telefon aşkarlanıb. Təəssüf ki, insanlar qaydaları pozanları qınamırlar”, - M.Abbaszadə əlavə edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər