"Instagram" platformasında istifadəçilər üçün yeni funksiya təqdim olunub.
Bakupost.az xəbər verir ki, bu barədə sosial media eksperti Əli Hacıyev bildirib.
Onun sözlərinə görə, artıq istifadəçilər şifrələrini paylaşmadan başqa şəxslərə hesablarında paylaşım etmək, rəy yazmaq və gələn mesajlara cavab vermək kimi icazələr verə biləcəklər.
Ekspert bildirib ki, bu funksiya xüsusilə təhlükəsizlik baxımından üstünlük yaradır.
Lalə,
BakuPost