Ru
12:38 / 22 May 2025

İnternat məzununa 2600 manatlıq ödənişi niyə vermirlər? - VİDEO

İnternat məzununa 2600 manatlıq ödənişi  niyə vermirlər? - VİDEO
Eye

Bakı sakini Kərim Heydərov adına müavinət təyin edilsə də, ödənişini ala bilmir.

Bakupost.az xəbər verir ki, o bu iddia ilə “Xəzər Xəbər”ə müraciət edib.

K.heydərov bildirib ki, Sabunçu rayonu 1 saylı xüsusi ümumtəhsil internat məktəbinin məzunudur, valideyn himayəsindən məhrumdur. Lakin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik 2600 manatı ala bilmir

Kərim Heydərov bildirir ki, müavinəti almaq üçün ötən ilin sentyabrından aidiyyəti qurumlara ərizə ilə də müraciət edib, lakin hələ də nəticəsi yoxdur.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən “Xəzər Xəbər”ə bildirilib ki, vətəndaşın adı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında siyahıda mövcuddur. Kərim Heydərov bank rekvizitləri, həmçinin valideyn himayəsindən məhrum olduğunda dair müvafiq sənədlərini götürərərk Bakı Şəhər üzrə Təhsil İdarəsinə təqdim etməlidir. Bundan sonra onun üçün nəzərdə tutulan 2600 manat birdəfəlik müavinətin ödənişi həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar