ABŞ bazarı üçün nəzərdə tutulan iPhone və digər cihazların istehsalı artıq əsasən, Çindən kənarda həyata keçirilir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Apple şirkətindən bildiriblər.
Şirkətin icraçı direktoru Tim Kukun sözlərinə görə, yaxın aylarda ABŞ-a göndəriləcək iPhone-ların əksəriyyəti Hindistanda istehsal olunacaq, iPad, Apple Watch və AirPods kimi məhsullar isə əsasən Vyetnamda yığılacaq.
Bu qərar, ABŞ-nin tətbiq etdiyi yeni idxal tariflərinin şirkətə milyard dollara yaxın əlavə xərc yaratması fonunda verilib. ABŞ administrasiyası dəfələrlə şirkəti istehsalın bir hissəsini ölkə daxilinə köçürməyə çağırsa da, Apple istehsal gücünü əsasən, Asiyada diversifikasiya etməyə üstünlük verir.
Rəsmayə Yusifova,
BakuPost