Ru
11:17 / 23 İyun 2025

İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - VİDEO

İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı -  VİDEO
Eye

İranın dövlət televiziyalarından birində “beynəlxalq məsələlər üzrə ekspert” kimi çıxış edən Xoşçeşm adlı şəxs, İranın Azərbaycana qarşı bir sıra hərbi hücumlar həyata keçirməli olduğunu iddia edib.

Bakupost.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Azər Həsrət paylaşım edib.

İranlı ekspert guya Azərbaycanın hava məkanını İsrail döyüş təyyarələrinə açdığını və bu təyyarələrin Təbrizi bombalamaq məqsədilə həmin hava dəhlizindən istifadə etdiyini irəli sürüb.

O, bununla kifayətlənməyərək, İranın digər qonşu ölkələrə də hücum etməli olduğunu bildirib.

Ekspert həmçinin Bəsrə körfəzi hövzəsində yerləşən ərəb ölkələri ilə Azərbaycanın neft obyektlərinin hədəf alınmasını təklif edib. Onun bu fikirləri Güney Azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi narazılıqla qarşılanıb və geniş etiraz və müzakirə doğurub.

Aysel,
BakuPost

Şərhlər
  • Həşim Həmşəri

    Biz islamlar hansısa vacib işimizin kimdənsə, ya ilahi haqdan gözləyir-umuruq? Realda tərsinə olur-halal haqqını da əlindən alır, ya məhv edirlər. Beləcə, 2ci dünya müharibəsi ilə SSçi Adolfun faşist düşərgəsindən avropa xalqlarını və qalan dünyanı da hərbi-faşizm işğalından azad etsə də, sonra ona qısqanan güclü böyük özəl dünya öncə iqtisadi, sonra hərbi rəqabətlə SSRİ və Sosialist Birliyini könüllü təslimə, iflasa məruz qoydu lar? İran Eksperti İsrail kəşfiyyatına tam açıq sərhədləri haqqında nə deyə bilər? Təl-Evivlə Fələstin və nüvə-atom azadlığı mübarizəsi aparan İran nədən, illərdir rəqibin brcə strateji obyektinə dəqiq və ya təsirli zərbə endirə bilməyib? Zəif geri çəkilmək məcburiyyətində qalır?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar