Ru
20:35 / 15 İyun 2025

İran nüvədən imtina edir, “sazişə hazıram” deyir – İsrail dayanacaq?

İran nüvədən imtina edir, “sazişə hazıram” deyir – İsrail dayanacaq?
Eye

İran xarici işlər naziri Abbas Arakçı İranın nüvə silahından imtina etməyə hazır olduğunu bəyan edib. Nə baş verir?

"Yüksələn şir" əməliyyatı çərçivəsində non-stop rejimində İrana zərbələr endirilir. Son günlər ərzində 100-dən çox (İsrail ordusunun son məlumatına görə, 250 hədəfə - red.) hərbi infrastruktura aid obyektlərə zərbələr endirilib, o cümlədən nüvə infrastrukturuna.

Son iki saat ərzində İsrail Müdafiə Qüvvələri Tehranın paytaxtını və hökumət binalarını intensiv şəkildə bombalayır, zərbələrin hədəfi bu gün:

- İran Hərbi-Hava Qüvvələrinin qərargahı;

- Tehran polisinin qərargahı;

- İran Atom Enerjisi Təşkilatının qərargahı;

- Kəşfiyyat Nazirliyi;

- SEPAH-ın qərargahı;

- İran parlamentinin binasıdır.

Bundan əlavə İranda bütün radiolokasiya sistemlərini istehsal edən “Shiraz Electronics İndustries” və PUA-ları (Şahid) istehsal edən İsfahan zavoduna da çox güclü zərbələr endirilib.

Ayrıca bunu da qeyd etmək lazımdır ki, Məşhəd şəhərində yerləşən hava limanına zərbə endirilib. Niyə bu xəbər vacibdir? Məşhəd İranın ən cənub şəhəridir və İsraildən Məşhədə qədər məsafə 2300 km-dir.

Qayıdaq Abbas Arakçının bəyanatına. İran indi nə desələr, qəbul edər, amma artıq gecdir. İsrail faktiki olaraq İranın bütün hərbi infrastrukturunu sıfırlayır.

Kamran Cəfərov, politoloq


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar