Ru
20:25 / 15 İyun 2025

İranda panika: elita ailəsini ölkədən çıxarır, əhali iri şəhərlərdən qaçır

İranda panika: elita ailəsini ölkədən çıxarır, əhali iri şəhərlərdən qaçır
Eye

İsrailin daha kəskin hücumları, şiddətli partlayışlar və dağıntılar İran əhalisində həyəcan yaradıb. Tehran, İsfahan, digər cənub və şərq ərazilərdən, şəhərlərdən kütləvi şəkildə şimala, Xəzər dənizi tərəfə güclü axın başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq İlqar Altay bildirib.

“Artıq Qərbi İran, Güney Azərbaycan tərəfdən də sakinlər bizim Azərbaycana (Azərbaycan Respublikası – red.) və Türkiyəyə doğru istiqamət götürüblər. Belə getsə, bu axın daha güclənə, İranın şimal-qərb sərhədlərə çata bilər”, - o qeyd edib.

Onun sözlərinə görə, İran siyasi elitasının öz ailələrini xüsusi təyyarələrlə ölkədən çıxardığı məlumatı yayılıb:

“Panika var, ölkə böyük, hakimiyyət xalqın təminatını çatdırmır, kilometrlərlə tıxac yaranıb. Bu gedişat, bombalanmalar, vacib infrastrukturları dağılışı ilə tezliklə İranda idarəçilik pozula, vəziyyət nəzarətdən çıxa, ölkədə kütləvi itaətsizlik, iğtişaşlar, üsyan yarana bilər”.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar