Ru
11:14 / 15 Aprel 2024

İranın əməliyyatı niyə uğursuz oldu? - Ekspert açıqladı

2168
“İran klassik müharibənin ilkin mərhələsində vacib olan fəaliyyətləri həyata keçirmədən birbaşa aşağı sürətli dronlarla kütləvi hücum təşkil etməklə İsrailin hava hücumundan və raket əleyhinə müdafiəsini yarmağa cəhd elədi. Bu yanlış addım idi. Öncə İsrailin hava hücumundan müdafiə sistemləri və raket əleyhinə müdafiə kompleksləri sıradan çıxarılmalı idi ki, PUA-lar İsrailin hava məkanında sərbəst, ən azından qismən cəzasız bir rejimdə öz vəzifələrini yerinə yetirə bilsinlər”.




Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, İranın havaya qaldırdığı PUA-ların bəzilərinin öz ərazisinə düşdüyünü bildirib:

“İran PUA-ları və ballistik raketlərinin dəqiqliyi ilə bağlı biz əvvəllər də mətbuata açıqlamalar vermişik. Onların nə dərəcədə effektiv olduğunu Ukraynada son iki il yarımda kifayət qədər müşahidə edirik. İranın hücumu zamanı isə bu PUA-ların bir çoxu İraq ərazisinə düşürdü. Bəzi mənbələrdə isə İranın bu PUA-larla səhvən öz ərazisinə zərbələr endirdiyinə dair foto və video materiallar mövcuddur. Buna görə də İran sanki İsraildən cavab atəşi verilməməsi qarşılığında bu əməliyyata son qoymağı öz üzərinə öhdəlik olaraq götürdü".


Ə.Verdiyev qeyd edib ki, bu, qısa zaman kəsiyində ən sıx PUA və qanadlı raket tətbiqi ilə həyata keçirilən bir əməliyyat idi:

"Ancaq onun nəticələri kifayət qədər uğursuzdur. Digər tərəfdən, bu əməliyyat İranını hava hücumu vasitələrində mövcud olan boşluqları bir daha nümayiş etdirmiş oldu. Gələcəkdə İsrail və onun tərəfdarları bu boşluqlardan istifadə edə bilərlər”.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər