Ru
10:20 / 09 Dekabr 2021

İşığını kəsdiyi üçün “Azərişıq” əməkdaşının maşınını yandırdı - Açıqlama-VİDEO

5803
Lənkəranda vəzifəli şəxsin avtomobili yandırılıb.

Bakupost.az xəbər verir ki, buna səbəb vətəndaşın işığının kəsilməsi olub.

Belə ki, Lənkəran rayon sakini Sabir Əliyev qanunsuz işıq xətti çəkdiyinə görə “Azərişıq” əməkdaşı həmin işıq xəttini kəsib.

Bundan qəzəblənən vətəndaş Rauf Kərimova məxsus, “Ləvəngi dairəsi” adlanan ərazidə saxladığı “VAZ 21015” markalı avtomobilin üzərinə benzin tökərək yandırıb.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayevlə əlaqə saxladıq.

M. Rzayev Bakupost.az -a açıqlamasında bildirib ki, faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.



BakuPost



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər