Ru
11:31 / 18 İyun 2025

İsrail-İran müharibəsi: Bu gecə baş verənlər - VİDEO

İsrail-İran müharibəsi: Bu gecə baş verənlər -  VİDEO
Eye

İranla İsrail arasındakı hərbi qarşıdurma ötən gecə gərgin anlarla yadda qalıb.


Bakupost.az gecə ərzində baş verən hadisələrlə bağlı əsas xəbərləri təqdim edir:


- İran İsrailə 25-ə yaxın raket atıb, 94 nəfər yaralanıb, ciddi dağıntılar qeydə alınıb.


- İsrail Tehranda uranın zənginləşdirilməsi üçün sentrifuqaların istehsalına və raketlər üçün komponentlər istehsal edən obyektlərə 50-dən çox təyyarə ilə hücum edib.


- İsrail Hərbi Hava Qüvvələri Tehranın şərqindəki hərbi təyinatlı İmam Hüseyn Universitetini vurub. Bu universitet İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və nüvə fizikləri üçün kadrlar hazırlayırdı.


- "Döyüş başlayır", - X sosial şəbəkəsində İranın ali dini lideri Əli Xamenei belə bir mesaj dərc edib.


- Reuters-in xəbərinə görə, Tramp İrana nüvə və raket proqramlarından əl çəkməsi üçün 24 saat vaxt verib.


- “The New York Times” Amerika rəsmilərinə istinadən yazır ki, ABŞ müharibəyə girərsə, İran Amerika bazalarına potensial zərbələr endirmək üçün raketlər və digər silahlar hazırlayıb.


- Təqdim olunan videoda ehtimal ki, Təl-Əvivə raket zərbəsinin görüntüləri yer alıb. İran mediası bunun İsrailin hava hücumundan müdafiə raketi olduğunu iddia edir. İddiaya görə, ikinci videoda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Tehran Universitetinə vurulan zərbənin kadrları yer alıb.



Zaur, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar