Böyük Britaniyanın xarici işlər naziri David Lammi bildirib ki, İsrail hökuməti Qəzzaya hücumları və humanitar yardımın qarşısını kəsdiyi üçün ölkələrin etibarını itirib.
Bakupost.az xəbər verir ki, Lammi İsrailin hərəkətlərini qınayıb və bu vəziyyətin ikitərəfli münasibətlərə mənfi təsir etdiyini vurğulayıb.
İsrailin Qəzzadakı məhbusları azad etmək məqsədinə toxunan Lammi xatırladıb ki, indiyə qədər bütün məhbuslar hərbi yolla deyil, danışıqlar yolu ilə azad ediliblər.
Lammi Britaniyanın İsrailə qarşı addımlar atmasının səbəbi kimi Netanyahu hökumətini göstərib.
Aygün, Bakupost