Ru
17:26 / 18 İyul 2025

İsrail suriyalılara divan tutdu: Qadınlara təcavüz edildi, başları kəsildi - VİDEO

İsrail suriyalılara divan tutdu:  Qadınlara təcavüz edildi, başları kəsildi - VİDEO
Eye

Suriya ordusunun Suveyda əyalətindən çıxarılmasından sonra İsrail agenti Hikmət əl-Hicrinin başçılığı altında silahlı separatçılar bədəvi qəbilələrini kütləvi zorakılıqla köçürməyə başlayıblar.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, separatçıların aralarında qadınlar və uşaqların olduğu onlarla insanı amansızlıqla qətlə yetiriblər. Onlarla qadın zorlamaya məruz qalıb, başı kəsilənlər var. Həmçinin Suveydada evlər və məscidlər yandırılıb.

Qadınlar və uşaqlar əşya və sığınacaqlarsız halda açıq tarlalara sıöınıblar. Yaraqlılar isə hər yerdə İsrail bayraqlarını qaldırır, qəbirləri murdarlayır və Hicrinin təriflənməsini tələb edirlər.

Bundan əvvəl hakimiyyətlə druz liderləri arasında sülh və regionun Suriyaya inteqrasiyası barədə razılıq əldə olunmuşdu. Bununla belə, əl-Hicri qrupları etnik təmizləməyə başlamaq üçün atəşkəsdən istifadə edib və kürdlərin yaşadığı ərazilərə doğru separatçı dəhliz yaradılmasını tələb edirlər.

Zaur,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar