Ru
20:43 / 20 Yanvar 2025

İsraildən əməliyyatları davam etdimək tapşırığı - Atəşkəs pozulur?

İsraildən əməliyyatları davam etdimək tapşırığı - Atəşkəs pozulur?
Eye

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi hərbçilərə Qəzza zolağı və Livanda əməliyyatların davam etdirilməsi barədə tapşırıq verib.

Bakupost.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidmətindən bildirilib.

Bununla yanaşı, Ordu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyatlara hazırlıq barədə də göstəriş alıb.

Qeyd edək ki, yanvarın 19-da İsrail hakimiyyəti atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

İsrail HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azadlığa buraxıb. İsrail Həbsxanalar İdarəsinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da azad edilmiş üç israilli girov müqabilində sərbəst buraxılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar