Ru
09:34 / 14 May 2024

İsrailin Qəzzaya hava hücumu: 14 fələstinli öldü

1270
İsrailin Qəzza zolağında bir evə təşkil etdiyi hava hücumunda aralarında uşaqların da olduğu 14 mülki şəxsin öldüyü, çox sayda insanın isə yaralandığı açıqlanıb.

Bakupost.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan məlumatda, İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəz hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsində 3 mərtəbəli evi bombaladığı bildirilib.

Hava hücumu nəticəsində aralarında uşaqların da olduğu 14 mülki vətəndaş ölüb, onlarla insan yaralanıb.
Xəbərdə İsrail ordusunun Qəzza zolağının şimalındakı Beyt Lahya şəhərini artilleriya atəşi ilə hədəfə aldığı vurğulanıb və şimalda Cibaliya Qaçqınlar Düşərgəsinə qarşı artilleriya atəşinin gecə boyu davam etdiyi paylaşılıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 35 min 91 fələstinli həyatını itirib, 78 min 827 nəfər isə yaralanıb.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər