Ru
10:38 / 26 Noyabr 2026

Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı

Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı
Eye

İsmayıllıda 28 yaşlı kişi bıçaq xəsarəti alıb.

“Bakupost” xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisindəki kafedə qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, bıçaqlanma kafedə hesabın ödənilməsi üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar