Qazax rayonunun Yuxarı Salahlı kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində partlayış baş verib.
Bu barədə
"Bakupost"a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Qazax rayonu, Yuxarı Salahlı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi sahəsi 20 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib, nəticədə 2 nəfər xəsarət alıb, tikiliyə ziyan dəyib,
"FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır", - məlumatda bildirilib.