Ru
14:50 / 11 Mart 2023

Kaliforniyada dəhşətli yağışlar: 14 ölü - FOTO

3857
ABŞ-ın Kaliforniya ştatında həddindən artıq yağış və sərt hava şəraitinə görə 14 nəfər həyatını itirib.

Bakupost.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden hava şəraiti ilə əlaqədar Kaliforniya ştatında fövqəladə vəziyyət elan edib.

Fövqəladə hallar rəsmiləri ən çox fəsad yaranacağı gözlənilən ərazilərə təxliyə xəbərdarlığı edib.

Milli Meteoroloji Xidmət 39 milyondan çox insanın xəbərdarlıq altında olduğunu bildirib.

Kaliforniya Nəqliyyat Departamenrinin Twitter hesabında da məlumat verilib:

“Sel, qaya və palçıq sürüşməsi, qar yağma riski var. Bu da yolların bağlanması və qar uçqunu ehtimalını artırır".


Qeyd edək ki, son 3 ayda atmosfer çayları adlanan hava dalğası səbəbindən əyalətin yüksək hissələri qarla örtülüb, sahil və aşağı hissələr isə leysan və daşqınlara məruz qalıb.

Sierra Nevada bölgəsində qarın qalınlığı 2.5 metrə çatıb.

Sahilyanı Santa Kruz şəhərində daşqın səbəbindən bəzi yollar yararsız hala düşüb.

Cənubi Dakotadan Konnektikut ştatına qədər olan ərazilərdə də güclü yağış və qar müşahidə olunub.

Qar fırtınası səbəbindən Viskonsin ştatında 110 minə yaxın ev və müəssisə elektriksiz qalıb.



Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər