Ru
18:13 / 08 İyul 2025

Kardaşyanın 50 milyonluq boyunbağısı... - FOTO

Kardaşyanın 50 milyonluq boyunbağısı... - FOTO
Eye

Erməni əsilli amerikalı teleulduz Kim Kardaşyan milyonlarla dollar dəyərində brilyant boyunbağılarını nümayiş etdirib

Bakupost.az xəbər verir ki, barədə “Page Six” nəşri məlumat yayıb.

Belə ki, nəşrin jurnalistləri iş xanımının İnstaqram səhifəsində paylaşdığı fotolara diqqət çəkiblər.

Fotolar “Amazon”un yaradıcısı Ceff Bezos və jurnalist Lauren Sançesin toyunda çəkilib. Şəkillərdə Kardaşyan məşhur Moussaieff brendinə məxsus iki iri boyunbağı ilə görüntülənib. Məlumata görə, birinci boyunbağı 105,69 karat çəkidə rəngli brilyantlarla, ikinci isə 63,23 karatlıq qiymətli daşlarla bəzədilib. Zinət əşyalarının ümumi dəyəri 50 milyon dollardır.

Qeyd olunur ki, iş xanımı toya sözügedən brendin ağ brilyantlardan hazırlanmış sırğalarını və üzüyünü də taxıb.

Lalə,
BakuPost





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar