Ru
17:30 / 25 Noyabr 2026

Kremlin səsi Minskdən gəlir: Lukaşenkonun oyunu, yoxsa psixoloji təzyiq gedişi?

Kremlin səsi Minskdən gəlir: Lukaşenkonun oyunu, yoxsa psixoloji təzyiq gedişi?
Eye

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya danışıqlara gəlməyə razılaşacağı təqdirdə onun təhlükəsizliyinə zəmanət verəcəyini bildirib.

“Bakupost” xəbər verir ki o, bunu Fransanın "Le Point" jurnalına verdiyi müsahibəsində deyib.

"Mən daha da irəli gedərdim. Putin bir dəfə, əlbəttə ki, sərt bir tələb irəli sürdü: əgər Zelenski istəyirsə, qoy Moskvaya gəlsin. Volodya Zelenski ilə mən Moskvaya uça bilərik. Görürsünüz, sadəcə ikimiz. Onun təhlükəsizliyinin qarantı olaraq, mən də onunla birlikdə Moskvaya uça bilərəm. Oturun və danışın", - deyə o cavab verib.

Qeyd edək ki, Kreml dəfələrlə Ukrayna Prezidentini danışıqlar üçün məkan olaraq Moskvaya dəvət edib. Lakin Zelenski bu təklifi qəbul etməyib. Qarşılıqlı olaraq, Zelenski də Putini Kiyevə çağırıb. Amma Rusiya lideri də təklifə müsbət baxmayıb.
Belə bir vəziyyətdə Zelenskinin Moskvaya getməyəcəyini bilə-bilə Belarus Prezidenti Lukaşenko onu birlikdə Putinin hüzuruna getməyə səsləyir.

Lukaşenkonun burada vasitəçilik etməkdə məqsədi nədir?

Siyasi şərhçi Məhəmməd Əsədullazadə “Bakupost”a bildirib ki, Belarus Prezidenti sadəcə olaraq, bununla Putinin istəklərini çatdırır:

“Göründüyü kimi, Lukaşenko da Putinin dediyini deyir və bu fonda Zelenskiyə təhlükəsizlik zəmanəti də verir. Əslində isə, Lukaşenko özü də yaxşı anlayır ki, bu mümkün olan məsələ deyil”.

Ekspert qeyd edir ki, Avropa İttifaqının Ukraynaya ciddi dəstək verməsi Moskvanı narahat edir:

“Lukaşenko da məhz Putinin dili ilə bu mövqeyi açıqlayıb”.

Müsahibimizin fikrincə, Lukaşenko bu təklifilə həmçinin Zelenskini geyri-ciddi siyasi füqur qismində təqdim etməyə çalışır:
“Zelenskinin özü isə onlara cavab verərək, Putin və Lukaşenkonu Kiyevə dəvət edir”.

M. Əsədullazadə hesab edir ki, əslində, münaqişə nə Zelenskinin Moskvaya, nə də Putinin Kiyevə danışıqlara getməsilə bitən deyil:

“Münaqişə üçüncü bir ölkədə aparılacaq danışıqlarda siyasi iradənin ortaya qoyulması və Rusiyaya müəyyən güzəştlərə gedilməsilə bitə bilər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar