Ru
18:33 / 16 May 2025

Krım Rusiya kolonizasiya üçün təlim meydanıdır - Kuryuşko

Krım Rusiya kolonizasiya üçün təlim meydanıdır -  Kuryuşko
Eye

Kiyev və Moskva arasında heç vaxt razılaşmanın mümkün olmayacağı bir mövzu var. Bu, hər iki tərəf üçün son dərəcə vacib olan Krım mövzusudur.

Bakupost.az xəbər verir ki, bunu Ukrayna prezidentinin Krım üzrə daimi nümayəndəsi Olqa Kuryşko Euronews-a verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, Rusiya 2014-cü ildə Krımda tətbiq etdiyi metodları işğal etdiyi bütün digər ərazilərdə də həyata keçirib. Onun sözlərinə görə, bu, insanların sıxışdırılması, ruslaşdırma, siyasi təzyiqlər və yerli əhalinin etnik tərkibinin dəyişdirilməsi kimi tədbirləri əhatə edir:

“Ukrayna və Rusiya İstanbulda danışıqlar aparsa da, Krım məsələsi iki tərəf arasında heç vaxt razılaşma nöqtəsi olmayacaq”.

Kuryşko Avropa Parlamentində keçirilən "Krım Həftəsi" çərçivəsində Avropanın Ukraynaya dəstəyini davam etdirməsinin vacibliyini vurğulayıb.

Kuryşko bildirib ki, Krımda hətta sadə etiraz jestləri, məsələn, sosial şəbəkədə bəyənmə Rusiyanın qurduğu rejim tərəfindən sərt şəkildə cəzalandırılır. Buna görə də Ukraynanın Krımda daha aktiv hərbi əməliyyatlar aparması yerli müqaviməti də artırır. Əks halda, oradakı insanlar ya həbs olunur, ya da Krımı tərk etməyə məcbur qalırlar.
Ukraynanın müdafiə naziri və İstanbul danışıqlarındakı nümayəndə heyətinin rəhbəri olan Rustem Umerovun Krım tatarı olması da rəsmi Kiyevin mövqeyini simvolik olaraq gücləndirir. Onun ailəsi də vaxtilə Sovet hakimiyyəti tərəfindən Krımdan deportasiya olunub. Kuryşko Rusiyanın Krımda apardığı siyasəti "kolonizasiya" adlandıraraq, bunun ilk dəfə baş vermədiyini və əhalinin tərkibinin süni şəkildə dəyişdirildiyini deyib. O bildirib ki, Rusiya bu əraziləri ruslaşdırır və sonra əhalinin çoxunun guya rus olduğunu iddia edir.

Qeyd edək ki, Ukrayna Ali Radası dünya ölkələrini 1944-cü ildə Krım tatarlarının Sovetlər tərəfindən Mərkəzi Asiyaya sürgün edilməsini soyqırım kimi tanımağa çağırıb.

Elmina Qasımova,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar