Ru
16:21 / 25 Aprel 2024

Kriptovalyuta dələduzları: insanlar necə soyulur? - Açıqlama

2202
“Kriptovalyutalara maraq günü-gündən artır. Dünyanın ən gəlirli sahələrindən sayılan kriptovalyuta, yəni virtual valyuta bazarı, həm də ən riskli sahələrdən biridir. İlk baxışdan mexanizm olduqca sadə görünür. Aşağı qiymətə alınan koin, yəni virtual pul bir muddət sonra bahalaşdıqda investor onu satır. Bəzən 100 dollarlıq əməliyyatla alınan koindən bir neçə günə 10 qat artıq qazanc əldə etmək mümkün olur. Amma düzgün araşdırma aparılmadan icra edilən əməliyyatlar əksər hallarda ciddi maliyyə itkilərinə səbəb olur”.




Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, virtual valyuta bazarı fırıldaqçıların ən çox fəaliyyət göstərdiyi sahə kimi xarakterizə olunur. Hər il minlərlə insan bazara çıxarılan saxta koinlərin qurbanı olur:

“Əvvəlcədən insanlardan pul toplayan dələduzlar müəyyən vaxt sonra birjaya yeni koin çıxaracaqlarını vəd edirlər. Yaxud da birjaya çıxarılan koin vəsait topladıqdan bir müddət sonra birdəfəlik yoxa çıxır. Ona görə də tanınmış və təsdiqlənmiş birjalardan əməliyyat həyata keçirmək daha məqsədəuyğundur. Vətəndaşlar bu sahəni ətraflı araşdırmadan heç bir əməliyyat aparmamalı, eləcə də koin alqı-satqısı üçün kənar şəxslərə ödəniş etməməlidirlər. Əks halda dövlət tərəfindən heç bir təminatı olmayan bu birjada qoyulan pulların itirilməsi qaçılmazdır”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər