“Kriptovalyutalarla bağlı ciddi problemlər yaşanır. Bunu nəzərə alaraq, vətəndaşlarımız kriptovalyutadan istifadə edən və alış həyata keçirən zaman diqqətli olmalıdırlar. Onun ciddiliyi, reallığı və saxta olub-olmadığının yoxlanılması çox vacibdir. Bu zaman xüsusilə təhlükəsizlik qaydalarına əməl edilməsi məsələsinə də mütləq diqqət ayrılmalıdır”.
Bunu millət vəkili Vüqar Bayramov Bakupost.az-a bildirib.
O qeyd edib ki, ölkədə bu istiqamətdə elektron ödənişlər və pullarla bağlı yeni qanunvericilik qəbul edilib. Bunun əsasında hüquqi baza təkmilləşdirilib:
“Vətəndaşların bu istiqamətdə hüquqlarının qorunması və saxta ödənişlərin minimalaşdırılması çox vacibdir. Amma bütün hallarda vətəndaşlarımız da kriptovalyuta ilə alqı-satqı edən zaman diqqətli olmalıdırlar ki, onların vəsaitləri üçüncü şəxslər tərəfindən oğurlanmasın”.
Sevinc,
BakuPost