Ru
14:21 / 10 Yanvar 2024

"Kristal Abşeron"da yaşayanlar çarəsiz duruma düşüb - Xəstəlik və təhlükə mənbəyi... - VİDEO

14732
“Kristal Abşeron”dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Sumqayıt şəhəri, 10-cu mikrorayonda “Kristal Abşeron” yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur.


Belə ki, tikinti zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb.

Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.




Xatırladaq ki, bir müddət əvvəl "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi binanın əyildiyi barədə xəbər vermişdik.




Elnur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər