Ru
12:59 / 22 İyul 2024

Küskünlüyün səbəbi odur ki... - Qulu Məhərrəmli

Küskünlüyün səbəbi odur ki... - Qulu Məhərrəmli
Eye

“Geniş dinləyici, tamaşaçı auditoriyası jurnalistlərdən gözləyir ki, onlar operativ, düzgün məlumatlar versinlər, cəmiyyətə həqiqəti çatdırsınlar, olanlar haqqında doğru-dürüst təhlillər aparsınlar və bununla da cəmiyyəti maarifləndirsinlər".

Bunu Bakupost.az -a açıqlamasında professor Qulu Məhərrəmli bildirib.

O qeyd edib ki, belə olduğu halda əlbəttə, media sevilir və qəbul olunur:

"Bunun əksi olanda televiziya və radio verilişlərindən, mətbuat yazılarından narazılıq olanda təbii ki, auditoriyada bir küskünlük yaranır. Mən bu Mətbuat Günündə tamaşaçı zövqünə xidmət edən, cəmiyyətin irəliləməsi üçün cəhdlər göstərən bütün vicdanlı, dəyərli həmkarlarımı təbrik edirəm və onlara uğurlar arzulayıram”.

Qeyd edək ki, bu gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika günüdür. Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının 149 yaşı tamam olur.

Vasif Əlihüseyn

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar