Ru
10:24 / 30 May 2025

Əmisini öldürüb ölkədən qaçarkən SAXLANILDI - YENİLƏNİB

Əmisini öldürüb ölkədən qaçarkən SAXLANILDI  - YENİLƏNİB
Eye

Xəbər verdiyimiz kimi, Lənkəranda qətl hadisəsi qeydə alınıb.

Bakupost.az xəbər verir ki, Vilvan kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı V.Səbziyevin meyiti sahədə yol üstündə aşkarlanıb.

Qafqazinfo-nun məlumatına görə, cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.

****

Lənkəranda qətl hadisəsi qeydə alınıb.


Bakupost.az xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib.

Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı V.Səbziyevin meyiti sahədə yol üstündə aşkarlanıb.

İlkin olaraq onun kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub. Qətli kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.

Meyit aidiyyəti üzrə təhvil verilib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar