Ru
15:47 / 02 İyun 2025

“Məcburi köçkün” uşaqları ilə bağlı vacib AÇIQLAMA

“Məcburi köçkün” uşaqları ilə bağlı vacib AÇIQLAMA
Eye

Bəzi media subyektləri “2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaşı tamam olmamış və valideynlərindən biri məcburi köçkün olmayan şəxslərin vahid aylıq müavinətləri (“çörəkpulu”) kəsiləcək” məzmunlu informasiya yayıblar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Bakupost.az -a bildirilib ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilib.

Qeyd edilib ki, bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir.

Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət verilmir. Bu və digər bəndlərin icrası müntəzəm xarakter daşıyır: "Mütəmadi dürüstləşdirmə aparılarkən uşağın valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmadıqda, ona vahid aylıq müavinət ödənilmir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar