Türkiyənin Eskişəhər vilayətində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik vertolyotun qalıqlarının tapıldığını və axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
Hələlik itkilər barədə heç bir məlumat verilmir.