Ru
21:58 / 24 Noyabr 2026

Məktəbdə şagirdlər arasında insident baş verdi

Məktəbdə şagirdlər arasında insident baş verdi
Eye

Paytaxtın Nərimanov rayonunda yerləşən Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında insident baş verib.


"Bakupost"un məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə APA-ya paytaxtın Nərimanov rayonunda yerləşən məktəblərin birində şagirdlər arasında baş verdiyi iddia olunan halların polis tərəfindən araşdırıldığını bildirib.

Təhsil müəssisəsinin aidiyyəti heyəti və şagirdlər valideynləri ilə birgə ərazi üzrə polis şöbəsinə dəvət edilərək onlarla profilaktik iş aparılıb, narazılığa səbəb olan hallar müəyyən olunaraq aradan qaldırılıb.

Həmin hərəkətlərdə hər hansı kriminal tərkib müəyyən olunmayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar