Ru
22:45 / 19 Yanvar 2026

Məhsulu məmur tərəfindən müsadirə edilən satıcı: “Səhv etmişdi, gətirib qaytardı” - VİDEO

Məhsulu məmur tərəfindən müsadirə edilən satıcı: “Səhv etmişdi, gətirib qaytardı” - VİDEO
Eye

Son günlər Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Bakupost.az Baku TV-yə istinadən xəbər verir ki, xüsusilə həmin kadrlarda icra nümayəndəsinin satıcının məhsulunu müsadirə etməsi və onunla ünsiyyət tərzi geniş müzakirələrə səbəb olub.

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına, yaxud işlərin və xidmətlərin göstərilməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur.

O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim qərarı ilə tətbiq edilə bilər. Bu halda isə məhsullar inzibati xətanın bilavasitə obyekti hesab olunduğundan onların müsadirəsi yalnız məhkəmə qərarı əsasında mümkündür.

Satıcı Nəbi Məmmədovun sözlərinə görə, müsadirə olunan meyvələr sonradan ona geri qaytarılıb:

“Bir səhv etmişdi, özü də başa düşdü. Gətirib qaytardı. Əgər səhvini anlamasaydı, qaytarmazdı”.



Şərhlər
  • Calal

    Bu məqaləni daha da ictimailəşdirmək lazımdır ki, harınlamış, qudurğan məmurların payını versinlər. Allah gözlərini doydursun zalımların. O satıcının simasını gördünüzmü?Yazılan şərhlərə də qadağa qoymayın zəhmət olmasa. Xalqın reaksiyası bilinsin deyə.

  • Bəhram

    Ölkəmiz-bizlər, tək tarixən Qarabağ haqqlarımız bir çox ayrılmaz insan-vətəndaş və digər pay-mənfəət hüquqlarımız hər hansısa, ya necə gəldi digərinə qanunlara zidd razılaşır, mübahisəli olanda qeyri-rəsmi və sübutsuz olduqda illərlə ciddi-kəskin iddiası da nəinki cəriməsini, halal haqq-hüqumumuzu geri qaytarmır? Birbaşa-qətin ünvanlı daxili və Beynəlxalq konkret Hüquqi təşkilata da deyil, media-mətbuat illərlə sonsuz-saysız müraciətlərlə, daha əlavə xərclərlə qalan Beynəlxalq İCTİMAİYYƏTi də boşuna qıcıqlandırır, özümüzə qarşı bezikdirmirikmi? Tarixən dini ədalət Divanı, İnsan və Beynəlxalq Konsitusion hüquq, Dövlətlər arası Sülh və Təhlükəsizlik Memorandum-Ədalət məhkəmələri rəsmən fəaliyyət göstərirlər!? Hər itirilənin rəsmən tam və cəriməsi ilə geri qaytarılmasını rəsmi mühakimə ilə iddia edilməsini təklif edirəm.

  • .Nizami Aliev

    Интересно ... много ли , таких ошибок ?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar