Ru
17:05 / 03 Aprel 2024

Məktəbəhazırlıq qruplarında uşaqların yerdəyişməsi dayandırıldı

Məktəbəhazırlıq qruplarında uşaqların yerdəyişməsi dayandırıldı
Eye

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb.

Bu barədə Bakupost.az -a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb.

Qeyd edək ki, 18 və 19 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsil alan şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Monitorinqə hazırlıq zamanı şagird yerdəyişməsi hallarının olmaması üçün aprelin 15-i saat 17:00-dan IV və VI siniflər üzrə də yerdəyişmə prosesi dayandırılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar