Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin tələbələrlə bufetdə bir araya gəlməsi keçmiş rektor Elçin Babayevin də oxşar görüntülərini gündəmə gətirib.
"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, yayılan fotolarda Məleykə Abbaszadənin tələbələrlə eyni masada əyləşdiyi əks olunub.
Bu görüntülər Elçin Babayevin 2019-cu ildə BDU-ya rektor seçildiyi dövrdə tələbələrlə bir araya gəldiyi anları xatırladıb.
Həmin vaxt E.Babayev də universitetin bufetində növbəyə dayanaraq çay almış, daha sonra tələbələrin əyləşdiyi masalardan birinə yaxınlaşaraq onlarla söhbətləşmişdi.