Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:39 / 16 Oktyabr 2024

Meliorasiyada kütləvi ixtisarlar: işçilər, yoxsa rəhbərlik haqlıdır? - Açıqlama

2431
Xəbər verdiyimiz kimi, bölgələrdə Suvarma Sistemləri İdarələrində çalışan işçilər kütləvi şəkildə ixtisar olunur. Artıq Kürdəmirdə Suvarma Sistemləri İdarəsində çalışan 130 işçi ixtisar olunub. İxtisarlarların digər rayonlarda da həyata keçiriləcəyi bildirilir. Belə ki, artıq bununla bağlı bütün rayonlarda Suvarma Sistemləri İdarəsinin işçilərinə bildirişlər göndərilib. Onlara öz ixtisaslarına uyğun başqa bir ünvanda iş axtarmaları tövsiyə edilib.

İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az-a bildirib ki, Regional Su Meliorasiya Xidməti Publik Hüqüqi Şəxs yaradılandan sonra işin təminatı bu struktura həvalə edilib. Amma vətəndaşları heç bir səbəb göstərmədən və ya ciddi kompensasiyalar ödəmədən onları işdən çıxarmaq doğru deyil. Onların əmək müqavilələri ya başqa formada uzadılmalı, ya da yeni yaradılan qurumla əmək müqavilələri bağlanmalıdır:


“İşçilərin kütləvi ixtisarı işsizliyə, işsizlərin sayının artmasına səbəb ola bilər. Amma yeni qurum da öz addımlarını idarənin optimallaşdırılması ilə izah edirsə, burda artıq bir dalan yaranır. Hər iki tərəfin haqlı arqumentləri üzə çıxır. İstənilən halda əsas məsələ vətəndaşın hüquqları olmalıdır. Yeni strukturlarda onların işlə təmin olunması məsələsi öz həllini tapmalıdır”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanına əsasən, “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti Publik Hüqüqi Şəxsi yaradılıb.
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli əmri ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüqüqi Şəxsi və Regional Su Meliorasiya Xidməti Publik Hüqüqi Şəxsinin strukturu və ştat cədvəli təsdiq edilib. Aparılan islahatlar idarəetmə sistemini təkmilləşdirmək, qurumların və personalın fəaliyyətini optimallaşdırmaq, əmək resurslarından səmərəli istifadə etmək məqsədi daşıyır.

İslahatlar çərçivəsində yeni struktur bölmələri formalaşdırılır, bəzi şöbələr birləşdirilir ki, bu da müasir tələblərə uyğun idarəetmə sisteminin qurulması ilə səmərəliliyin artırılmasına xidmət edir.

Qanunvericiliyin tələblərinə əsasən, bu müddətdə bütün işçilərə xəbərdarlıq məktubları təqdim olunur, ştat cədvəli, işçilərin ixtisasları və təcrübələri nəzərə alınmaqla onlar müsabiqə əsasında yenidən işə qəbul olunur. İşçilərin bir qisminin agentliyin tabeliyindəki digər sturktur bölmələrində işlə təmin olunması nəzərdə tutulur.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar