Ru
14:34 / 03 Aprel 2024

Məmməd İsmayıl əməliyyat olundu - Son durumundan danışdı

3665
"Bir müddət əvvəl onurğamdan əməliyyat olundum. Ağrılarım xeyli azalıb, özümü yaxşı hiss edirəm".

Bu sözləri Bakupost.az -a açıqlamasında tanınmış şair Məmməd İsmayıl deyib.


O qeyd edib ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə "Bona Dea" Beynəlxalq Hospitalında müalicəsi davam edir:

"Hələlik buradayam. Həkimlərin dediyinə görə, Ramazan bayramında evə buraxacaqlar".


M.İsmayıl müalicə prosesindən çox razı qaldığını dilə gətirib:

"Mən dünyanın yarsını gəzmişəm, bir neçə ölkədə də müalicə alımışam. Amma heç yerdə bu cür yüksək keyfiyyətli tibbi xidmət görməmişəm. Azərbaycanda belə bir müəlicə müəssisəsinin olduğunu xəyalıma belə gətirməzdim. Mənə ali səviyyədə xidmət göstərilir. Allah hamıdan razı olsun. Mənə belə bir şəraitdə ximətin göstərilməsinə şərait yaradan Heydər Əliyev Fonduna təşəkkürümü bildirəm. Açığı, bu cür diqqəti gözləmirdim. Xalqım da sağ olsun, mənim xəstəliyimə biganə qalmadı. Bu cür həssas münasibət məni mütəəssir etdi".

Qeyd edək ki, Məmməd İsmayılın səhhəti ağırlaşandan sonra Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.

Azər
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər