Ru
19:03 / 29 Fevral 2024

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi

6194
Tanınmış şair Məmməd İsmayıl Bona Dea Beynəlxalq Hospitalına yerləşdirilib.

Bu barədə Bakupost.az -a Məmməd İsmayılın qızı İntizar İsmayıl bildirib.

Onun sözlərinə görə, artıq atasının diaqnozu bəllidir və müalicələrə başlanılıb:

"Atamın müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Xəstəxanaya yerləşdirildikdən sonra müayinə edilib və müalicələr təyin olunub. Hazırda müalicə prosesi davam edir. Həyatımızın çətin məqamında bizi göstərdiyi dəstək və qayğıya görə Heydər Əliyev Fonduna, onun rəhbəri, birinci vitse-prezident Mehriban Əliyevaya ailəmiz adından təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın vəziyyəti bir müddət əvvəl pisləşib. 85 yaşlı şairin ev şəraitində müalicəsi nəticə vermədiyinə görə, bir qrup ziyalı mətbuatda onun müalicəsinin nəzarətə götürülməsi ilə əlaqədar dövlətə çağırış ediblər.

Elnur, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər