Ru
13:30 / 01 Mart 2023

"Məşhər günü" gəldi - VİDEO

15316
Xəbər verdiyimiz kimi, “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində müasir gürcü yazarı Gela Dumbadzenin "Gecə qonağı" əsəri əsasında hazırlanmış "Məhşər günü" tamaşasının premyerası olub.


Bakupost.az bildirir ki, "Məşhər günü" bu ay, 3, 10 və 24 mart tarixlərində nümayiş olunacaq.


"Məhşər günü”nü səhnələşdirən Xalq artisti Vidadi Həsənov, quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, xoreoqrafı Oksana Rəsulovadır.





Səhnə əsərində rolları Xalq artisti Vidadi Həsənov (Mən), gənc aktyorlar Şahanə Yusifova (Qadın əcəl) və Tohid Əzim (oğlan əcəl) ifa ediblər.


Bir bölümlü əcəl oyunu kimi hazırlanan “Məhşər günü” tamaşası uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Odur ki, tapança ilə rus ruletkasını vasitə seçərək həyatı ilə oyuna başlayır. Hər cəhdində gülləyə tuş gəlməyən qəhrəman itirdiyi sevgilisini, ustadını, dostunu xatırlayıb onlara layiq olmadığını anlayır və israrla amansız oyununa davam edir. Bir sözlə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.





Elnur
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər