Ru
12:50 / 02 İyun 2025

Messi Azərbaycanı təbrik etdi - Video

Messi Azərbaycanı təbrik etdi - Video
Eye

Argentinalı ulduz futbolçu Lionel Messi minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.

Bakupost.az xəbər verir ki, bu barədə iş adamı Adnan Əhmədzadə sosial şəbəkə hesabında paylaşım edib.

Futbolçu qələbə münasibətilə video çəkərək Azərbaycan xalqına təbrik ünvanlayıb.

Xatırladaq ki, ötən gün Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. Komandamız final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.

Sözügedən görüntüləri təqdim edirik:

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar