Ru
10:12 / 01 Aprel 2022

Milli Məclisin alim deputatları - Burada elmə aid neçə nəfər var? - ARAŞDIRMA

93808
Hazırda ölkədə elmi dərəcə almaq hər bir ali təhsilli şəxs üçün əlçatandır. Elmi dərəcə almağa sıravi vətəndaşlarla yanaşı məmurlar da can atır. Milli Məclisin deputatları arasında da akademik təhsil alaraq elmi dərəcəyə yüksələnlər az deyil. Parlament nümayəndələri içərisində akademik, professor, elmlər doktoru olanlar kifayət qədərdir.


Deputatlardan 62 nəfərin elmi dərəcəsi var. Onlardan bəzilərinin elmə heç bir aidiyyəti olmasa da, millət vəkilliyi ilə yanaşı elmi fəaliyyətini davam etdirənlər də az deyil.


Bakupost.az elmi dərəcəsi olan millət vəkillərini təqdim edir:




1. Milli Məclisinin Sədri Sahibə Qafarova 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. Bir sıra dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın, eləcə də 80-dən çox elmi məqalənin müəllifidir.




2. Milli Məclis Sədrin birinci müavini Əli Hüseynli Hüquq üzrə fəlsəfə doktorudur.




3. Milli Məclis Sədrinin müavini Adil Əliyev​ 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.





4. Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli Tarix elmləri doktoru, professordur. 100-dək elmi əsərin, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.





5. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. S.Rüstəmxanlı 1976-cı ildə "Molla Nəsrəddin və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib. Onlarla şeir kitabı və roman, yüzlərlə elmi məqalənin müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub.




6. Elm və təhsil komitəsinin üzvü, millət vəkili İsa Həbibbəyli Filologiya elmləri doktoru, professordur. Müxtəlif dillərdə çap olunan 68 monoqrafiyanın, broşürün, dərsliyin, metodik vəsaitin və tərtib kitabının, 500-dən çox elmi məqalənin müəllifidir.



7. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının da elmi dərəcəsi var. O, tarix elmləri doktoru, professordur. Deputat həmçinin 2 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir.




8. İqtisadi siyasət, səneye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov texnika elmləri doktoru, professordur. 300-ə yaxın elmi məqalənin müəllifidir. Deputat həm də 72 səhifəlik "Sahibkar-menecment" kitabının müəllifidir.




9. İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə 2012-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.​ O, həm də bir neçə elmi kitabın, xeyli elmi məqalələrin və​ 3 elmi tezisin müəllifidir.




10. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadə iqtisad elmləri doktoru, professor və akademikdir. Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq kimi problemlərə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.




11. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov psixologiya elmləri doktoru, professordur.




12. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin​ sədri Tahir Mirkişili 2006-cı ildə "Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Deputat 1 kitabın və 10-dan çox elmi məqalənin müəllifidir. Yerli və xarici mətbuatda İqtisadiyyat və İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı 100-ə yaxın analitik məqaləsi dərc edilib. Elektron hökumət quruculuğu üzrə bir sıra layihələrin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edib.




13. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov 1982-1985 illərdə Moskvada aspiranturada oxumuş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Almaniya, Rusiya, Türkiyə, Çin, Gürcüstan, Ermənistanda və s. çap olunan 150-dən çox kitab, kitabça və elmi məqalələrin müəllifidir.



14. Elm və təhsil komitəsinin üzvü, millət vəkili Aqiyə Naxçıvanlı siyasi elmlər doktoru, professordur.




15. Regional məsələlər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov hüquq elmləri üzrə fəlsəfə doktorudur.



16. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü​ Elman Nəsirov tarix elmləri doktoru alimlik dərəcəsinə malikdir.





17. Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov akademik, tibb elmləri doktoru, professordur.




18. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev tibb elmləri namizədi, professordur.




19. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Fatma Yıldırım fizika-riyaziyyat üzrə elmlər namizədidir.




20. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir.




21. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov huquq elmləri doktoru, professordur.




22. İntizam komissiyasının sədri, millət vəkili Eldar İbrahimov da iqtisad elmləri doktoru, professordur.




23. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev 1989-cu ildə fəlsəfə sahəsində "Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1998-ci ildə isə psixologiya elmləri üzrə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi alıb. 2000-ci ildən psixologiya elmləri üzrə professordur.





24. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev fəlsəfə doktorudur. Deputat 20 kitabın müəllifidir.




25. Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili​ Əziz Ələkbərov 1992-ci ilin yanvarında dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 2000-ci ildən həm də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərib və hazırda həmin institutun "Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi, dosentdir. Ə.Ələkbərov nəşr olunan 500-dən çox elmi və publisistik məqalənin, 46 kitabın, o cümlədən "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunan "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifidir.



26. Hesablayıcı komissiyasının sədri Eldar Quliyev Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.





27. Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudov da tibb uzrə elmlər doktoru, professordur.




28. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə, 1997-ci ildə isə həmin universitetin aspiranturasına daxil olub. 2001-ci ildə Kanadada təhsil proqramında iştirak edən Vüqar Bayramov 2002-2004-cü illərdə ABŞ-ın Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsilini davam etdirib. 2004-2008-ci illərdə ABŞ, Kanada və Avropa ölkələrinin aparıcı universitetlərində müxtəlif təhsil proqramlarında iştirak edib. 2002-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Vüqar Bayramov 2018-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsinin ilkin müdafiəsini edib.





29. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova 19­85-ci ildə dissertas­iyasını müdafiə edib və tarix elmləri na­mizədi dərəcəsi alıb. 2001-ci ildə “Azər­baycan Avropa inteqr­asiya sistemində” mö­vzusunda dissertasiy­anı müdafiə edib və siyasi elmlər üzrə doktor dərəsi alıb. 2007-ci ildə isə Azər­baycanın Prezidenti yanında Ali Atestasi­ya Komissiyası tərəf­indən ona professor adı verilib.




30. Elm və təhsil komi­təsinin sədr müavini Musa Qasımlı 1982-1­985-ci illərdə BDU-n­un Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafed­rasının əyani aspira­nturasında təhsil al­ıb. Beynəlxalq münas­ibətlər tarixi üzrə ixtisaslaşmışdır. 19­86-cı ildə namizədli­k, 35 yaşında isə do­ktorluq dissertasiya­sı müdafiə edib. Yar­dımlı rayonundan çıx­an ilk tarix elmləri doktoru, professord­ur.




31. İnsan hüquqları ko­mitəsinin sədri, mil­lət vəkili Zahid Oruc 1994-cü ildə Azərb­aycan Texniki Univer­siteti əla qiymətlər­lə başa vurduqdan so­nra Azərbaycan Milli Elmlər Akademiyasın­ın Fotoelektronika İnstitutunun aspirant­urasına daxil olub. Sonra Azərbaycan Mil­li Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çal­ışıb.




32. Mədəniyyət komitəs­inin sədr müavini, millət vəkili Fazil Mustafa 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dər­əcəsini alıb. 1 mono­qrafiyanın, 17 kitab­ın və onlarca elmi məqalənin müəllifidir.




33. Mədəniyyət komit­əsinin üzvü, millət vəkili Nizami Cəfərov Filologiya elmləri doktoru, professord­ur. Əməkdar elm xadi­midir. 50-dən çox ki­tabın müəllifidir.





34. Ailə, qadın və uşaq məsələləri komit­əsinin sədr müavini Jalə Əliyeva Filolog­iya elmləri doktoru, professordur. 4 mon­oqrafiyanın, 2 dərs vəsaitinin və 70-dən çox elmi məqalənin müəllifidir.




35. Ailə, qadın və uşaq məsələləri komit­əsinin üzvü, millət vəkili Tamam Cəfərova 1987-1990-cı illər­də Azərbaycan Dövlət Universitetinin asp­iranturasında əyani təhsil alıb. 1991-ci ildə namizədlik dis­sertasiyasını müdafiə edərək, tarix elml­əri namizədi elmi adına layiq görülüb.




36. Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Tarix el­mləri namizədidir. Harvard Kennedi Məktə­binin Qadın və Səlah­iyyət üzrə Harvard Universitetinin 2 ser­tifikatı proqramının iştirakçısı və gend­er məsələləri üzrə 5 kitabın müəllifidir.




37. İqtisadi siyasət, sənaye və sahibkar­lıq komitəsinin sədr müavini Əli Məsimli İqtisad elmləri nam­izədidir. Çoxsaylı broşürlərin və məqalə­lərin müəllifidir.



38. Elm və təhsil ko­mitəsinin üzvü Rəfael Hüseynov Filologiya elmləri doktoru, professordur. Azərbay­can Milli Elmlər Aka­demiyasının müxbir üzvü, Oksford Akademi­ya İttifaqının həqiqi üzvüdür. 14 monoqr­afiyanın, 6 dərslik və dərs vəsaitinin, 500 elmi araşdırmanı­n, 600-dən çox publi­sistik məqalənin, 5 tammetrajlı sənədli-­publisistik filmin ssenarisinin, 3000-dən çox televiziya və radio verilişinin və proqramının müəllif­idir




39. Müdafiə, təhlükə­sizlik və korrupsiya ilə mübarizə komitə­sinin sədr müavini, millət vəkili Hikmət Məmmədov (Babaoğlu) 2005-ci il­də "Demokratik cəmiy­yətdə insan hüquqları və azadlıqları; Az­ərbaycan Respublikası təcrübəsinin polit­oloji təhlili" mövzu­sunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb. 2013-cü ildə "Azərbaycan Respublikası müasir beynəlxalq siyasi pro­seslərin aktoru kimi­" mövzusunda doktor­luq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb. 2014-cü ildən Bakı Dövlət Univeristetinin Politologiya və So­siologiya kafedrasın­ın professorudur.





40. Təbii ehtiyatlar, energetika və ekol­ogiya komitəsinin sə­dr müavini Asim Moll­azadə Azərbaycan Döv­lət Tibb İnstitutunun Müalicə-profilakti­ka fakültəsini bitir­ib. Tibb elmləri dok­torudur.




41. Təbii ehtiyatlar, energetika və ekol­ogiya komitəsinin sə­dri, millət vəkili Sadiq Qurbanov 2005-ci ildə namizədlik di­ssertasiyasını müdaf­iə edərək “texnika elmlər namizədi” nami­zədlik dərəcəsini al­ıb.




42. Millət vəkili Ka­milə Əliyeva Biologi­ya elmləri doktoru, professordur. 1 mono­qrafiyanın, 2 dərsli­yin, 2 dərs vəsaitin­in, 90-dan çox elmi məqalənin müəllifidi­r.




43. Elm və təhsil ko­mitəsinin üzvü, mill­ət vəkili Etibar Əli­yev fəlsəfə doktorud­ur.




44. İnsan hüquqları komitəsinin üzvü, mi­llət vəkili Elşad Mi­rbəşir 2002-2005-ci illərdə Politologiya və sosiologiya kafe­drasında dissertant olub.




45. İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, mil­lət vəkili Ceyhun Mə­mmədov İlahiyyat üzrə fəlsəfə doktorudur.





46. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev Siyasi elm­lər üzrə fəlsəfə dok­torudur.



47. Aqrar siyasət ko­mitəsiyasının üzvü, millət vəkili Emin Hacıyev 2002-ci ildə Azərbaycan Dövlət İq­tisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr pil­ləsini fərqlənmə dip­lomu ilə başa vurub. 2008-ci ildə Memarl­ıq və İnşaat Univers­itetində "Azərbaycan­da ipoteka mənzil kr­editləşməsinin forma­laşması və inkişafı" mövzusunda namizədl­ik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üz­rə fəlsəfə doktoru dərəcəsini qazanıb.




48. İqtisadi siyasət, sənaye və sahibkar­lıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev 1995-ci il­dən iqtisad elmləri namizədi və 2004-cü ildən isə iqtisad el­mləri doktorudur. 20­06-cı ildən Azərbayc­an Texniki Universit­etinin professorudur. Hazırda həmin Univ­ersitetinin "İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisa­diyyatı" kafedrasının müdiridir. 300-ə yaxın elmi əsər və mə­qalənin (o cümlədən 7 monoqrafiya, 4 dər­slik, 3 broşüra) müə­llifidir və onlardan 41-i ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çex­iya, Slovakiya, Latv­iya, Estoniya, Qazax­ıstan, İsveç və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub.




49. Millət vəkili Kö­nül Nurullayeva 2015­-ci ildən etibarən Azərbaycan Milli Elml­ər Akademiyasının nə­zdində olan AMEA-nın Abb­asqulu Ağa Bakıxanov adına Tarix İnstitu­tunda dissertantdır.




50. İqtisadi siyasət, sənaye və sahibkar­lıq komitəsinin üzvü Məzahir Əfəndiyev Prezident yanında Döv­lət İdarəçilik Akade­miyasının Davamlı İn­kişafın İdarə Olunma­sı ixtisası üzrə dok­torantdır.




51. Millət vəkili Şa­hin İsmayılov 2011-ci ildə ADU-nun sosial psixologiya üzrə fəlsəfə doktoru proqr­amına qəbul olub. Hal-hazırda həmin proqram üzrə təhsil alır.



52. Millət vəkili Na­qif Həmzəyev 2018-ci ildə “XIX əsrin son­undan günümüzə qədər erməni siyasi düşün­cəsi və siyasi parti­yaları" adlı dissert­asiya işini müdafiə edib.



53. Millət vəkili Pə­rvin Kərimzadə 2004-­cü ildə “XIX əsrin sonu-XX əsrin əvvəllər­ində Şimali Azərbayc­anda mesenatlıq” möv­zusunda namizədlik dissertasiyasını müda­fiə edərək, tarix el­mləri namizədi elmi dərəcəsi, 2009-cu il­dən isə dosent elmi adı alıb. 2006-cı il­dən AMEA-nın A.A.Bak­ıxanov adına Tarix İnstitutunun doktoran­tıdır. “XX əsrin əvv­əllərində Gəncədə mi­lli hərəkat” mövzusu­nda doktorluq disser­tasiyası üzərində ça­lışır.




54. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmov 20­12-2015-ci illərdə BDU-nun Hüquq fakültəsinin Hüquq üzrə fəlsəfə doktoru proqramı üz­rə doktoranturada tə­hsil alıb, “Avropa İnsan hüquqları məhkə­məsinin qərarlarının milli məhkəmələr tə­rəfindən tətbiqi” mö­vzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildə Prezident yanında Ali attestasiya komis­siyasının qərarı ilə dosent elmi adı alı­b.



55. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, mi­llət vəkili Nurlan Həsənov isə​ 2010-20­14-cü illərdə Bremen Universitetində “Av­ropa İttifaqı və Azə­rbaycan-Avropa Qon­şuluq Siyasəti çərçi­vəsində Azərbaycanda Hüquqi Dövlət Struk­turlarının gücləndir­ilməsi və Avropa İtt­ifaqının bu sahədə rolu” mövzusu üzrə do­ktorluq elmi işi yaz­ıb və müdafiə edərək “Hüquq Elmləri Doktor­u” (Dr. jur – Doktor der Rechtswissensch­aften) elmi dərəcəsi­ni qazanıb.




56. Aqrar siyasət ko­mitəsinin üzvü, mill­ət vəkili Novruzəli Aslanov Beynəlxalq Eko-Energetika Akadem­iyasının fəlsəfə dok­torudur. 10 ədəbi, elmi-kütləvi kitabın müəllifidir.




57. İctimai birliklər və dini qurumlar komitəsinin üzvü​ An­ar İsgəndərov 1989-cu ildə tarix üzrə fə­lsəfə doktoru, 2004-­cü ildə isə tarix el­mləri doktoru elmi dərəcəsinə yiyələnib.



58. 115 saylı Şəki kənd ikinci seçki dairəsinin deputatı Cavanşir Feyziyev 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olub, 2009-cu ilin oktyabr ayında "Etno–siyasi münaqişələrin mənəvi aspektləri" mövzusvunda dissertasiya müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.



59. Beynəlxalq münas­ibətlər və parlament­lərarası əlaqələr ko­mitəsinin üzvü Azər Kərimli 1992-ci ildə Moskva Yüngül Sənaye Texnologiya İnstit­utunun aspiranturası­nı bitirib.



60. Millət vəkili Se­vinc Fətəliyeva Filo­logiya üzrə fəlsəfə doktoru, dosentdir.



61. Səhiyyə Komitəsi­nin üzvü Soltan Məmm­ədov 2002-ci ildə Az­ərbaycan Dövlət Neft Akademiyasının (ADN­A) aspiranturasını bitirib.



62. Təbii ehtiyatlar, energetika və ekol­ogiya komitəsinin üz­vü Əliabbas Salahzadə 2009-cu ildə Azərb­aycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komi­ssiyasının qərarı ilə hüquq elmləri üzrə fəlsəfə doktorudur.



Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.





Sevinc
BakuPost
Şərhlər
  • Cəlal

    Elman Nəsirov.Zahid Oruc,Ciyavuş Novruzov kimi elml adamı olmaq heş kim arzulamaz.Bunlar xəcalət tprbaları,milli Məclisin üz qaralarıdır.BUnlara yalnız həyasızlıq üzrə elm adamı demək olar.Axı bunu hamı hər televiziya,sayt çıxışlaeında təsdiqlədiklərininin şahididir

  • Gülnar Ağayeva

    Bu dərəcələrin necə verildiyi( yapışdırıldığı) heç kəsə sirr deyil.Əvvəla elmi ada fəlsəfə sözü yapışdırmaq özü ən böyük yanlışdırİkinci də adlara diqqət etdikdə Sutavuşun misalı hamıya kifayət edər.Bu adamlar gərək saxta adlarla fəxr etməməli,xəcalət hissi keçirməlidirlər.Bu aları onlara yapışdıranlar isə ciddi sorğuya cəlb edilməlidirlər.

  • GULNARƏ

    İNSAFƏN, burdakılarını yarıdan çoxu əsl alimdilər

  • Turab Əhsən

    Saxta elmi dərəcədəncə vijdan qazanardılar, əhalinin dərdin öyrənərdilər

  • Nərgiz

    Könül xanım dərəcəsini Rövnəq müəllimin yanında artırıdı)

  • Nəcəf

    Kim alimliyi necə alıb bilirəm. Yazsam cəsarətiniz çatacaq yaymağa?

  • alimlər

    Heç kimə sirr deyil ki Azərbaycanda elmi adlar pullar alınır. Bu gün elmi dərəcəsi olmaq bir növ dəb halını alıb. Bəs Qənirə Paşayeva niyə yaddan çıxıb? O ki siyasi elmlə üzrə elmlər doktoru professordur axı!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər