Sabiq təhsil naziri Misir Mərdanov səhhətində problem yaranması ilə bağlı yayılan xəbərlərlə aydınlıq gətirib.
Bakupost.az xəbər verir ki, bu barədə Lent.az-a danışan M.Mərdanov bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Yoldaşımı analiz verməsi üçün xəstəxanaya aparmışdım. Yəqin ki, kimsə məni orada görüb və özündən belə bir dezinformasiya yayıb.
İndi evdə işimin başındayam. Yoldaşım da, özüm də yaxşıyam. Yalan məlumatlara inanmayın”,- deyə sabiq nazir vurğulayıb.
15.51
Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.
Bakupost.az modern.az-a istinadla xəbər verir ki, eks-nazir hazırda xəstəxanada olduğunu təsdiqləyib.
"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam".
M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.
1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.