Ru
18:15 / 04 İyul 2022

Misirdə insult keçirmiş qədim qadın mumiyası tapıldı

Misirdə insult keçirmiş qədim qadın mumiyası tapıldı
Eye

Alimlər Misirdə əsa ilə birlikdə dəfn edilmiş 30-40 yaş arası qadın mumisiyasını rentgen aparatında tədqiq ediblər.


Bakupost.az xəbər verir ki, skeletin patologiyası göstərib ki, qadın insult keçirib və bədənin sol hissəsi iflic olub.


Mumiyada olan qırmızı savan onun yüksək statuslu ailədən olduğunu göstərib.


2700 yaşlı mumiya yeni yaranmış paleradiologiya metodu ilə araşdırılıb. Bu metodla qədim insanlarda mövcud olan xəstəliklər patologiyalar diaqnoz olunur. Eləcə də bu insanların ölüm səbəbi tapıla bilir.


Belə ki, bu yaxında aparılmış elmi araşdırma göstərib ki, 76 qədim misirlidən 29-u damarların tıxanmasından əziyyət çəkirdi.


Qədim Misirdə xərçəng, vərəm, malyariya, uşaq xəstəlikləri, insult olması barədə faktları da paleopatologiya üzə çıxarıb.


Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar