Ru
20:21 / 22 May 2025

Moldovada ət və yağ qiyməti təəccübləndirdi – Azərbaycanla fərqi…

Moldovada ət və yağ qiyməti təəccübləndirdi – Azərbaycanla fərqi…
Eye

"Bu ilik yanvar-aprel aylarında ölkəyə 9 323 ton 500 kq kərə yağı idxal edilib. Bunun üçün 65 mln. 474 min dollar ödənilib ki, bu da 1 kq kərə yağının ölkəyə idxal qiymətinin 11 manat 93 qəpik olduğu deməkdir. Ancaq bu ilin ilk 4 ayında ölkə üzrə kərə yağının orta satış qiyməti 23 manat 59 qəpik olub. Yəni yağ idxal qiymətindən 2 dəfədən də çox baha satılır".

Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib.



O xatırladıb ki, hazırda Moldovadadır və bu Şərqi Avropa ölkəsində marketlərdə kərə yağın 1 kilosunun qiyməti ortalama 12-13 manat arasındadır.

“Moldovada mal ətinin 1 kilosu isə 10-12 manat arası dəyişir”, - deyə iqtisadçı əlavə edib.

Qeyd edək ki, Moldovada orta aylıq maaş Azərbaycandan yüksəkdir.

Aygün, Bakupost.az

Şərhlər
  • B.Kolxozdar

    Hörmətli Müəllif və İqtisadçı, Moldova ölkmizdən az sifarişçi olsa da, *sivil-demokrat* sayılan avropaya daha yaxındır! Sənaye inkişaflı ölkəmizin azı 44% kənd əhalisi olduğu üçün ixracın da azı 44% onun payına düşür ki, adekvat-normal ərzaq təminatı olsun? Suverenlikdən 30 il keçsə də hələlik belə Sifariş-səy-cəhd, heç düşüncə də səslənmir? Digər dövlətlərin təxribatçı təzyiqlərinə xarici biznes təchizatından asılı, ehtiyatlarsız heç bir dövlət əminliklə cavab verəməz?

  • Araz

    Bizdə 23 manatdan yuxarı satılan yağlarda hələ bilinmir nə yağıdır. Bütün yağların paketləri açıq vəziyyətdədir. Görəsən niyə? Bir araşdırma aparın.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar