Gədəbəy Rayon İcra hakimiyyəti rayon Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisi Alim İsmayılovun qız qaçırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bakupost.az xəbər verir ki, başçının köməkçisi Ölkə.Az-a açıqlamasında bildirib ki, A.İsmayılovun baş mühəndis olması barədə mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Adı çəkilən şəxs kombinatda fəhlədir.Baş vermiş hadisə məişət hadisəsidir və icraya heç bir aidiyyəti yoxdur. Hadisəni hüquq-mühafizə orqanları araşdırır”.
İcradan A.İslamovun törətdiyi əmələ görə vəzifədən azad edilib-edilməməsi ilə bağlı suala gəldikdə isə bildirib ki, buna kombinat aydındlıq gətirə bilər.
Qeyd edək ki, Gədəbəydə Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisi Alim İsmayılovun rayonda müəllimə kimi çalışan xanımı öz razılığı olmadan qaçırdığı deyilirdi. Məlumata görə, qarşı tərəf şikayətçi olduğuna görə sözügedən şəxs saxlanılıb.
Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı Gədəbəy rayon İcra Hakimiyyətinin alt qurumlarından biridir.