Ru
14:28 / 02 Aprel 2024

"Müharibəni Rusiya ərazisinə keçirmək istəyirlər" - Şoyqu

1183
“Çağırışçılar xüsusi hərbi əməliyyatlara cəlb edilməyəcək”.

Bakupost.az Mash-a istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.

O qeyd edib ki, ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələri 80 mindən çox hərbi qulluqçu və 14 min silah itirib:

"Rusiya Silahlı Qüvvələri terror hücumlarına və mülki şəxslərin atəşə tutulmasına asimmetrik reaksiya verir. Son bir ayda "DXR"-də Nevelskoye, Orlovka, Tonenkoye, Krasnoye, Zaporojye vilayətində isə Mirnoye kəndi azad edilib.
İlin əvvəlindən 403 kvadratmetr ərazi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib".

S.Şoyqu qeyd edib ki, Ukrayna hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə çalışır və Qərbi Rusiya Silahlı Qüvvələrinə müqavimət göstərmək qabiliyyətinə inandırmaq üçün terrora əl atır:

"Mart ayında Ukraynaya 190 qrup və iki kütləvi zərbə endirilib. Onun hərbi və enerji infrastrukturu obyektləri vurulub.

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrini tutduqları mövqelərdən sıxışdırmağa və onların döyüş imkanlarını azaltmağa davam edəcək.

Ukrayna Silahlı Qüvvələri müəyyən xətt və mövqelərdə möhkəmlənməyə çalışır, lakin buna nail ola bilmir".

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər