Ru
23:59 / 06 İyun 2025

"Müşfiqə və digər repressiya qurbanlarına heç bir kompensasiya verilməyib" - Dilbər Axundzadənin qızı

"Müşfiqə və digər repressiya qurbanlarına heç bir kompensasiya verilməyib" -  Dilbər Axundzadənin qızı
Eye

"Mikayıl Müşfiqin ölüm şəhadətnaməsinin saxta olduğu barədə iddialar tamamilə əsassızdır. Bu, məsələnin mahiyyətini bilməməkdən irəli gəlir".

Bakupost.az xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə bildirib.

Leyla Axundzadə 1956-cı ilə qədər güllələnən şəxslər barədə onların yaxınlarına düzgün məlumat verilmədiyini qeyd edib:

"1939-cu ildə belə cavab verilirdi ki, həbs olunanlar guya məcburi əməyə cəlb ediliblər. 1945-ci ildən isə həbsxanada öldüklərini yazmağa başladılar, amma güllələnmə barədə məlumat verilmirdi. Dövlət Təhlükəsizlik Komitəsinin təlimatına görə, güllələnənlərin ölüm yeri və ölüm səbəbini göstərən qrafalar boş buraxılırdı. Dilbər xanıma verilən ölüm şəhadətnaməsi də həmin təlimat əsasında tərtib olunub".

O, Dilbər Axundzadənin Müşfiqin ölümünə görə heç bir kompensasiya almadığını vurğulayıb:

"Kompensasiya məsələsinin heç bir əsası yoxdur. Nəinki Mikayıl Müşfiqə, heç bir repressiya qurbanına kompensasiya, təzminat ya da hansısa başqa bir adla ödəniş edilməyib. Bu, dövrün tarixinə azacıq bələd olan hər kəsə tanışdır".

Dilbər xanımı həmin sənədi almağa Müşfiqin aqibəti haqda xəbər bilmək istəyinin səbəb olduğunu söyləyən Leyla Axundzadə Dilbər xanımın 1956-cı ilə qədər Müşfiqin taleyi barədə məlumatsız olduğunu xatırladıb:

"Məhz buna görə də Dilbər xanım müvafiq orqanlara müraciət edərək Müşfiqin taleyi ilə bağlı məlumat tələb etmiş və həmin tələbə görə sözügedən ölüm şəhadətnaməsi ona təqdim olunmuşdu. Bu iddialar təkcə Dilbər xanımın yox, eləcə də Müşfiqin işıqlı xatirəsinə kölgə salır. Xahiş edirəm, bu iddiaları səsləndirənlər ehtiyatlı olsunlar, tarixi faktlara və sənədlərə əsaslansınlar".

Şərhlər
  • Tarix Mühiddin

    Hazırda dünyanın ən qaranlıq Küncündən ən uzaq izləyicisinə bir neçə saniyəyə orijinal audi-video ötürmək imkanları olduğu halda milyonların həyatı talelərinə faciə-işgəncə verən bir sıra hadisə və müharibələr belə gerçək-həqiqi təfərrüatları ilə verilmir? Rusiya çarlığının rəsmən silahlandırdığı erməni-daşnaq terroruna qarşı mübarizəsi yazılı tarixə düşə bilərdimi? Çarlıq, terrorçuların tam əksəriyyətini elə 1917ci ilə hazırki Ağcabədi ərazisində Ermənistandakı qüvvətlərinə təslim etmişdi! (Elə həmin daşnaq terrorçularının çox zaman keçmədən inqlabçı-bolşeviklər kimi geri qayıtmaları Azərbaycanda daha yer-vəzifə mkanları vermədimi?) SSRİ dövlət Vəzifəli şəxslərin əski qaranlıq fəaliyyətinin şahidlərinin əksəriyyəti müharibə önü 1937-1939cu illərdə demək olar ki, heç bir mühakiməsiz-xüsusi göstərişlə bir gecədə məhv ediliblər və ailələrinə *Sorub-aramasınlar?* çox dəfə acı-həqiqi xəbərini veriblər. Hansısa Dövlətin özünə qarşı Səhvən belə cəzalandırdığı şəxsə-vətəndaşa görə təzminat verər? İstər Stalin, ya Markaryan, ya Bağırov kimi Şəxslərdən *Helmut Kol*mərhəməti ummaq doğrumu?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar