Ru
14:29 / 24 Noyabr 2026

NATO dilemma qarşısında: Tramp Alyansın 5-ci bəndindən vaz keçir

NATO dilemma qarşısında: Tramp Alyansın 5-ci bəndindən vaz keçir
Eye

ABŞ prezidenti Donald Tramp noyabrın 25-də Floridada NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.

“Bakupost” xəbər verir ki, bu məlumat Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Görüşün yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 01:00) Florida ştatının Palm Biç şəhərində keçirilməsi planlaşdırılır. Görüş qapalı keçiriləcək.

Amma Amerika lideri ilə NATO-nun baş katibi arasında hansı məsələlərin müzakirə ediləcəyi bəlli deyil. Bu barədə hansısa bir açıqlama verilməyib.

Görəsən, Trampla Rutte arasında qapalı görüşdə hansı məsələlər müzakirə ediləcək?

Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Rutte NATO-nun ən az hörmətə layiq baş katibidir:

“O həmin baş katibdir ki, Trampa yaltaqlanaraq onu “bizim atamız” adlandırıb. NATO hazırda ciddi böhranla üz-üzədir”.

Politoloqun fikrincə, Tramp görüşdə bir daha açıq şəkildə bəyan edəcək ki, ABŞ NATO müqaviləsinin 5-ci bəndində nəzərdə tutulan qarşılıqlı öhdəliyini yerinə yetirməkdən imtina edir:

Yəni Tramp Amerikası Avropanı müdafiə etmək fikrində deyil. Vaşinqtonda hesab edirlər ki, Avropaya heç kim hücum etmir. Ukrayna ilə Rusiya arasında münasibətlərin korlanmasında da əsas rolu ABŞ oynayıb. Amma öz işini görəndən sonra kənara çəkilib. İlk dövrlər ABŞ Kiyevə pul da verirdi, indi isə yalnız silah verir, özü də Avropanın pulu ilə. Avropa isə iki ildir ki, Ukrayna müharibəsini maliyyələşdirir, hər il bu məqsədlə 70-90 milyard dollar ayırır. Bu isə “köhnə qitə” sakinlərini qəzəbləndirir. Onlar Ukraynaya maliyyə dəstəyinin verilməsinə qarşıdırlar”.

Müsahibimizin sözlərinə görə, Tramp Kiyevin məğlubiyyəti etiraf etməsinə çalışır:

“Ukraynanın itirilmiş ərazilərdən imtina etməsi müqabilində Kiyevlə Moskva arasında sülh müqaviləsinin bağlanmasına çalışdığını artıq gizlətmir. Yəni istəyir ki, Ukrayna məğlubiyyəti etiraf etsin. Zelenski də təbii ki, buna razı deyil.

Belə vəziyyətdə Tramp görüşdə növbəti dəfə Rutteyə Avropa və Ukraynanı müdafiə etməyəcəyi, Amerikanın bu müharibədə Kiyevin tərəfində döyüşməyəcəyini bildirəcək. Avropa ölkələri Rusiyanın şərtlərini qəbul etməyə hazır deyil. Tramp da deyir ki, Rusiya ilə hərbi toqquşma baş versə, Avropanın arxasında durmaq niyyətində deyil”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar